hadise
21.05.2018, 03:17
Xırdalanda yaşayış binasında yanğın olub - 20 nəfər təxliyə edilib
Xırdalanda yanğın qeydə alınıb.
DogruXeber.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.