bolge
23.05.2018, 03:51
Saatlıda yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb
Saatlı sakini motosikleti idarə edərkən aşırıb və ağır yaralanıb.
23.30 radələrində Saatlı rayonunun Heydərabad kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Saatlı sakini 1989-cu il təvəllüdlü Cəfərov Elgün Cəfər oğlu idarə etdiyi motosikleti aşırıb. Nəticədə bel nahiyəsindən ağır xəsarət alan yaralı Saatlı rayon xəstəxanasına, daha sonra isə Şirvan şəhər xəstəxanasına yola salınıb.
Faktla bağlı araşdırma aparılır./apa