“Özümü 40 yaşında hiss edirəm” – DEPUTAT


















Bu gün Milli Məclisin deputatı Elmira Axundovanın doğum günüdür.
65 yaşı tamam olan millət vəkili ad günü təəssüratlarını AzVision.az-la bölüşüb.
– Doğum günlərimi heç vaxt təmtəraqlı qeyd etməmişəm. Cəmi bir dəfə, o da 60 illik yubileyimdə çoxlu adam çağırmışdım. O vaxt cənab prezident məni diplomla təltif etmişdi. Digər ad günlərimi isə ailəmin və dostlarımın əhatəsində keçirmişəm. Amma bir neçə il əvvəl mən özümə qayda qoydum ki, doğum günlərimi təzə kitabla qeyd edəcəyəm.
Dünən Miniatür Kitab Müzeyində Əməkdar jurnalist Qalina Mikeladzenin mənim yaradıcılığımla bağlı kitabı təqdim edildi. Biz orada olarkən eşitdim ki, prezident mənə fəxri ad verib. Beləliklə, fəxri adı kitab muzeyində, kitabların əhatəsində qarşıladım. Bu da onu təsdiq edir ki, kitab mənim həyatımdır, varlığımdır.



– Sizcə, qadın üçün yaş nə deməkdir?

– Yaş artıq yükdür. Çünki heç kim özünü olduğu yaşda hiss etmir. Hamı özünü daha cavan və gümrah görmək istəyir. Xüsusən də, mənim kimi idmanla məşğul olan insan özünü daha cavan hiss edir. Əlbəttə, ağrılarım da olur, amma idmanla, üzgüçülüklə məşğul olduğumdan onu büruzə vermirəm. Həmişə çalışıram ki, gümrah, enerjili və ilhamlı görünüm. Yüksək ehtimad, prezident tərəfindən böyük hörmət məni daha da ruhlandırır. Özümü maksimum qırx yaşında hiss edirəm.

– Zaman maşını ilə keçmişə səyahət etsəydiniz, həyatınızın hansı dönəmində dayanıb xatirələrə dalardınız?

– Mən keçmişin bütün xatirələrini daim vərəqləyirəm. Yazıçıyam, buna görə də həmişə geriyə yolculuqlar edirəm, müqayisələr aprıram. Həyatda atama, anama, həyat yoldaşıma və uşaqlarıma çox borcluyam. Onlar həmişə mənə dəstək olublar və fəxr ediblər. Bir neçə ildən sonra layihələrimi bitirib keçmişimə dərindən qayıdacağam. Özümün və həyat yoldaşımın ailəsi haqqında roman yazmağı düşünürəm.



– Sizə məşhur bir sualla müraciət emət istərdim: Qadınlar daha ço xnə istəyirlər?

– Qadınlar ancaq ailə səadəti istəyir. İnanmıram, hansısa qadın desin ki, mən ailə və ailə səadəti istəmirəm. Diləyim budur ki, uşaqlarımız xoşbəxt olsunlar. İnanın mənə, vətənimi çox sevirəm. Azərbaycan üçün əlimdən gələni edirəm və edəcəyəm. Ömrüm boyu bunun üçün çalışmışam. Bizim Qarabağ dərdimiz həll olunmayınca mən xoşbəxt olmayacağam. Daim bu barədə fikirləşirəm. O günü görsəm, rahat ölə bilərəm.



– Nəvələriniz sizi necə təbrik etdi?

– Bu gün yeni dünyaya gələn 3-cü nəvəmin qırx günlüyüdür. O, artıq bir ay 10 gündür ki, bizimlədir. Buna görə də mənim ad günümü yox, onun qırx gününü qeyd edəcəyik. O, dünyalar qədər sevdiyim həyat yoldaşım Ramiz Axundovun adını daşıyır.



Böyük nəvəm yanımdadır. Mənə qəşəng gül gətirib. Gəlinim isə bir neçə saatdan sonra hədiyyə gətirəcək. Ona bildirdim ki, 3-cü nəvəni dünyaya gətirməklə mənə artıq hədiyyə etmisən. Elə bil ki, bu uşaqla həyat yoldaşımı qaytarıb. Ona çox oxşayır. Bundan böyük xoşbəxtlik yoxdur, deməli, həyat davam edir.

“Özümü 40 yaşında hiss edirəm” – DEPUTAT



“Özümü 40 yaşında hiss edirəm” – DEPUTAT


“Özümü 40 yaşında hiss edirəm” – DEPUTAT

“Özümü 40 yaşında hiss edirəm” – DEPUTAT


“Özümü 40 yaşında hiss edirəm” – DEPUTAT


Oxunub: 828

Son xəbərlər

Trampın məhkəməsi 6 il təxirə salına bilər

İsrail Qəzzaya humanitar yardımları qadağan etdi

BMT Qəzzanı dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb

"Rusiya və Ukrayna gizli danışıqlar aparır" - Herş

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

Bütün xəbərlər