dunya
27.05.2018, 16:51
“Diriliş Ertuğrul”un aktyoru motosiklet qəzasında öldü – Fotolar
Türkiyəli aktyor Arda Öziri bu gün TEM-də yol qəzasında ölüb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı aktyor motosiklet qəzası nəticəsində dünyasını dəyişib.
Ardanı son görən adam, onun yaxın dostu Çingiz Çolak olub. O bu sözləri deyib:
“Mənim canım dostum, sirdaşım. Qal dedim,getmə dedim. Əzrayil səni bayırda gözləyirmiş. Ölüm sənə heç yaraşmadı. Çox məyusam, həddindən artıq məyusam”.
Qeyd edək ki, bir çox film və serialda rol alan A. Öziri sonuncu dəfə “Diriliş Ertuğrul” serialında “Göktuğ” xarakterini canlandırırdı.
O həmçinin “7 numara”, “Akasya durağı”, “Sh be İstanbul kimi” və s. məşhur seriallarda da rol alıb.