gundem
31.05.2018, 03:51
“Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” - NATO
NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Trend-ə təşkilatdan bildirilib.
Məlumatda qeyd olunur ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur: “Aydındır ki, münaqişənin hərbi həll yolu mövcud deyil”.
Təşkilatdan daha sonra bildiriblər ki, NATO münaqişənin həllində birbaşa iştirak etmir, amma bu istiqamətdə ATƏT Minsk qrupunun işini dəstəkləyir:
“Biz həmçinin hər iki tərəfi danışıqlar yolunu davam etdirməyə və istənilən yeni eskalasiyadan uzaq durmağa çağırırıq”.