Yoxlamalar başlayır...

















Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq.

“DogruXeber.az” trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən qurum qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Həmçinin fərmana əsasən Agentlik qeyd olunan fəaliyyətlərin icrasına bu il iyulun 1-dən başlayacaq.

Agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə əsasən, agentlik qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirməli, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almalı və reyestrini aparmalı, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirməli, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verməlidir.


Oxunub: 766

Son xəbərlər

90 qəpikdən, 4 manata... — Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi olacaq

"Azərbaycanın ən parlaq ulduzu" mükafatını onlar ALDI

Bütün xəbərlər