İcra başçısı yola salındı, sahibkara qarşı cinayəti isə davam edir













Sahibkar və işçilər ədalətin bərpa olunacağı günü ümidlə gözləyirlər…
Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsindən çıxarılsa da, onun sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqları davam etməkdədir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən, bu gün artıq sabiqə çevrilən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb.

Ötən müddət ərzində obyektin işi iflic olub, sahibkar Fəxrəddin Bağırov Bakıya gələrək rəsmi qurumlardan dəstək ümidi ilə ayları, günləri saymaqda idi. 10-a yaxın işçi də Gədəbəydə avara-sərgərdan gəzib-dolanır, sahibkarın Bakıdan geri qayıdacağını, iş yerlərinin qapı-pəncərələrinin, darvazalarının açılacağı günü gözləyirdilər və bu gün də vəziyyət dəyişməyib. Bununla belə, işçilər də, sahibkar da nəhayət ki, obyektin blokadadan çıxacağı günü ümidlə gözləyirlər. Sahibkar Fəxrəddin Bağırov “Yeni Müsavat”a deyib ki, icra başçısı işdən çıxarılandan sonra ölkə rəhbərliyinə məktub yazıb.

Məktubda prezidentin Ramiz Yediyarov haqda verdiyi ədalətli qərarın rayon əhalisinin, xüsusən Yediyarov və ətrafı tərəfindən hüquqları pozulmuş iş adamlarının böyük sevincinə səbəb olduğunu bildirib: “Ölkə başçısına öz adımdan, ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirmişəm. Ümid edirəm ki, Yediyarovun və ona cinayət ortağı olmuş şəxslərin haqqında hüquqi tədbir də görüləcək. İnanıram ki, ölkənin Konstitutsiya və qanunlarını kobudcasına pozan, ölkə rəhbərliyinin tövsiyyə və tapşırıqlarınıza məhəl qoymayan bu insanlar tezliklə qanun qarşısında cavab verəcəklər. Mən, ailəm və yaxınlarım bundan sonra da prezidentin siyasi xəttini müdafiə etməkdə qərarlıyıq”.


Sahibkar Fəxrəddin Bağırov deyib ki, 6 aydır işsizdir, çıxılmaz durumdadır: “İşçilər obyekt Ramiz Yediyarovun qanunsuz göstərişi ilə blokadaya salınandan sonra işsiz qalıblar. Ara-sıra telefonla danışırdım, o gün rayona getdim. Onlar da obyektin qapılarının açılacağı günü gözləyirlər. Ümid edirik ki, Ramiz Yediyarovun bizə qarşı qanunsuzluqlarına hüquqi qiymət veriləcək. Böyük ziyan çəkmişik, dövlətə vergi ödəyə bilməmişik. İşçilərimin ailələri ağır maddi çətinliklərə düçar olublar. Bütün bunlar Ramiz Yediyarovun ona etibar olunan vəzifədən sui-istifadə etməsi, dövlətimn gücündən sahibkarlara qarşı istifadəsi üzündən baş verib. Biz dövlətimizin güclü, məmurlarımızın ədalətli və prezidentə sadiq olmalarını istəyirik. Ramiz Yediyarov kimi sui-istifadəyə yol verən, narazılıq yaradan məmurların cəzasız qalmamalarını xahiş edirik”.

“Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin”i yenidən yazır …”sərlöhvəli reportajda bu haqda geniş söhbət açmışdıq. Hazırda vəziyyət dəyişməyib. Sahibkar ötən müddətdə prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova məktublar yazıb, qanunsuzluqlar edən başçının cəzalandırılmasını xahiş etmişdi.

İcra başçısı yola salındı, sahibkara qarşı cinayəti isə davam edir


Oxunub: 428

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər