Müdafiə Nazirliyi Günnütlə bağlı açıqlama yaydı








Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyanın sərsəm fikirlər səsləndirməsi ilk dəfə deyil”

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur:

“Bu, növbəti dəfə erməni cəmiyyətini aldatmağa istiqamətlənmiş cəfəngiyyatdır. Cəmiyyətimizi düşmənin təxribatçı məlumatlarına uymamağa çağırıq”.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində bildirib ki, guya Azərbayacan tərəfi mülki sakinlərin qısa müddət ərzində Naxçıvanın Günnüt kəndində yerləşən qəbristanlığa getməsi üçün Ermənistandan icazə alıb.

Xatırladaq ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.


Oxunub: 865

Son xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin

Azərbaycan əhalisinin sayı açıqlandı

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi - FƏRMAN

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

60 il öncə Göygöl necə görünürdü? - VİDEO

Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Nazirlik: Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

“Azərişıq” Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Tokayev Ermənistana getdi

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

İranın Haaqadakı səfiri XİN-ə çağırıldı

Bu günə olan valyuta məzənnələri

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər