dunya
9.06.2018, 13:16
Türkiyədə yeni qiyam təhlükəsi – Nazir etiraf etdi
Türkiyənin daxilində təhdid yarada biləcək FETÖ hücrələri mövcuddur”.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, FETÖ subliminal mesajlarla çevriliş etmək üçün çağırışlar edir:
“Yeni qiyam, çevriliş planları var. Amma buna gücləri yoxdur. FETÖ sosial şəbəkələr üzərindən dəstək axtarışındadır. Xüsusilə Balkanlarda çox güclüdürlər. Biz də onların xaricdəki logistik mərkəzini aşkara çıxarmağa çalışırıq”, – deyə nazir vurğulayıb. (AzVision.az)