İki binanın sakinləri etiraza qalxdı: “Burada tikinti aparılmasın…” – VİDEO

Nəsimi rayonu 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsində yerləşən 2 və 4 nömrəli binaların sakinləri etiraz aksiyası keçiriblər. Sakinləri narazı salan həyətlərində 16 mərtəbəli binanın tikintisinin nəzərdə tutulmasıdır.

Bina sakinlərinin sözlərinə görə, ərazinin Mənzil İstismar İdarəsinin əməkdaşları həyəti abadlaşdırmaq adı ilə öncə avtomobil duracaqlarının yerini dəyişiblər. MİS əməkdaşları söyləyiblər ki, uşaqların oynaması üçün yer düzəldirlər. Daha sonra isə məlum olub ki, onların niyyəti başqadır…

Sakinlərin müraciəti ilə musavat.com-un reportyor qrupu olaraq əraziyə yollandıq. Müşahidə etdik ki, həqiqətən də binaların arasında olan kiçik ərazidə bəzi “abadlıq” işləri aparılıb, duracaqların yerləri dəyişdirilib, bir neçə ağac kəsilib. Lakin sakinlər qarşı çıxdığı üçün hələlik heç bir tikinti işinə başlanılmayıb.

Sakin Zakir Əliyev bildirdi ki, ərazidəki binaların kiçik bir həyəti var ki, orada da 16 mərtəbəli tikili inşa olunsa uşaqların oynaması, özlərinin hərəkəti üçün yer qalmır: “Ərazidəki üzbəüz binaların arasındakı bu kiçik yerdə uşaqlarımız oynayırlar, özümüz gəzirik, istirahət edirik. Burada çoxmərtəbəli bina tikilsə o zaman nəinki, hərəkət etməyə, heç nəfəs almağa da imkan olmayacaq. Bu, hansı tikinti qaydasına uyğun addımdır? İkincisi də burada sovet dövründən tikilən xeyir-şər evi də var ki, binada kiminsə yas mərasimi düşəndə həmin xeyir-şər evində edir. İndi öyrənmişik ki, bina tikmək üçün xeyir-şər evini də sökmək istəyirlər. Belə işmi olar? Camaatı nə üçün düşünmürlər? Əvvəl gəldilər, ərazidəki “qaraj”ların yerini dəyişdilər. Soruşduq ki, nə edirsiniz? Dedilər ki, uşaqların oynaması, əyləncəsi üçün yer düzəldirik. Ancaq sonradan öyrəndik ki, bunlar heç də bizim uşaqlarımızı deyil, özlərini düşünürlər. Ərazidə 16 mərtəbəli bina tikiləcək”.

30-dan çox sakin etiraz edərək bildirdilər ki, bina tikilən zaman onun hündürlüyü qədər digər binalarla arasında məsafə olmalıdır. Ancaq boş ərazi ilə oradakı 5 mərtəbəli binaların arasında heç 15 metr məsafə yoxdur.

Sakin Solmaz Əfəndiyeva söylədi ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra hakimiyyətinə müraciət ediblər: “Hazırda burada tikinti aparmaq istəyən fəhlələrin alətləri, əşyaları buradakı “qaraj”lardan birindədir. Sakitcə gəlib, ərazidə qazıntı aparıb, dirəklər basdırmaq istəyirdilər. Lakin qonşularla birlikdə buna qarşı çıxıb, onları qovduq. Sonrada qazdıqları yerləri doldurduq. İyunun 7-də 3 qonşu ilə birlikdə Nəsimi Rayon İcra Hakimiyyətinə yollandıq. Oradan bizə dedilər ki, güya tikinti işlərindən xəbərləri yoxdur. Bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinə gedib, şikayətimizi ora bildirək. Oradan ayrılandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə getdik. İcra hakimiyyətində bizi bir xeyli gözlətdikdən sonra qəbul etdilər. Bildirdilər ki, əraziyə baxış keçirmək üçün nümayəndə göndərəcəklər. Lakin heç bir nümayəndə göndərilmədi. Əksinə, iyunun 8-də səhər saatlarında fəhlələr gəlib, yenidən qazıntı işləri aparmaq istədilər. Ancaq qonşular bu dəfə də işin aparılmasına imkan vermədilər”.

2 və 4 nömrəli binada yaşayan uşaqlar da etiraz aksiyasında iştirak edib, bildirdilər ki, onların oynadığı yeri əllərindən almasınlar: “Biz burada binanın tikilməsini istəmirik. Çünki oynaya bilcəyimiz tək yer buradır. Burada da bina tikilsə, biz futbol oynaya, velosiped sürə bilməyəcəyik”.

Yekun olaraq sakinlər bildirdilər ki, onlar həyətlərində tikinti aparılmasına icazə verməyəcəklər. Sona qədər mübarizə aparıb, bütün müvafiq instansiyalara şikayət edəcəklər.

Oxunub: 745

Son xəbərlər

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? – VİDEO

"WhatsApp"da yeni era: Səsli mesajlar mətnə çevrilir

Milli Mətbuatın kökünə vurulan BALTA – Əhməd İsmayılov “mətbuat qəssabı” olaraq tarixə düşür

İki məşhur Müsavatçı deputatlığa namizəd oldu

Bakıda Xocalı qatilinə hökm oxundu - FOTO

FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir?

Dövlət Agentliyinin mətbuat xidmətinə rəhbər təyin olundu

FHN bu şirkətlərə 2 milyonluq - SİFARİŞ VERDİ

Seçki ilə bağlı Avropa Şurasına dəvət göndəriləcək?

Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazandı

`Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı – FOTO

"CƏNNƏT" restoranında SKANDAL: restoranın sahibi dava saldı... - HƏBS OLUNDU

Mərhum şairin güldanı oğurlandı - Qızı kimdən şübhələnir?

Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

Tovuz döyüşlərindən 4 il ötür

COP29: Quruyan Xəzər dənizi və Hacıqabul gölü problemi - İqlim dəyişikliyinə qarşı mübarizə

“Cavab almaq mümkün olmur…” – Vəkillər İnzibati orqanlardan ŞİKAYƏTLƏNDİ

"Laçın dəhlizini Paşinyan bağladı" - Keçmiş baş nazir

Makron Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışdı

Baş Prokurorluqda yeni təyinatlar - FOTO

İctimai nəqliyyatda tələbələr üçün güzəşt ola bilər

Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur? – İTTİHAM VAR…

Fəzail Ağamalının yerinə qızı deputatlığa namizəd olur? — Özündən AÇIQLAMA

“Dəmir Yolları”nda DƏMİR KİMİ YEYİNTİ… – RƏSMİ İFŞA…

"İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına çalışırıq" - Ərdoğan

Rusiyadan İrəvan-Minsk münasibətləri ilə bağlı AÇIQLAMA

Bayden Zelenskiyə "Putin" adı ilə müraciət etdi

Bütün xəbərlər