Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi









Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 19-da torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi II Fəxri xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, anım günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu bildirib. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını diqqətə çatdırıb. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyünü vurğulayıb.

Tədbirdə Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun igidliyindən danışılıb, həyat yoluna nəzər salınıb, göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.



Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi



Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi


Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi


Oxunub: 655

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər