Samir Şərifov BVF və Dünya Bankının Seçki Qrupunun Toplantısında iştirak edib
iyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Polşa Milli Bankının və Polşa Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və iyulun 2-dək davam edən Seçki Qrupunun Toplantısında Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edib.
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla açıq interaktiv müzakirələr aparılıb.
Toplantı çərçivəsində həmçinin, “Əlaqəli dünyada kapital axınının idarə edilməsi” və “Zirvəyə doğru: İnnovasiya, artım və dövlətin rolu” mövzusunda panel müzakirələrinin də keçirilib.
Səfər zamanı bir sıra ikitərəfli görüşlər də keçirilib.