Zaqatalada çoban itkin düşüb  zaqatalada coban itkin dusub













Zaqatala rayonunda, yüksək dağlıq ərazidəki yaylaqda çoban itkin düşüb.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov iyul ayının 21-dən itkin düşüb. Qurbanın qardaşı Eyvaz İbrahimov APA-ya bildirib ki, Dabat adlanan dağda Muxax kənd sakini, fermer Əhmədov Zeynullahın sürüsünü otaran qardaşı başqa bir çobanla qoyun sürüsünün yanında olarkən yeməkləri qurtardığı üçün yemək gətirmək məqsədilə binəyə gedib və geri qayıtmayıb. Digər çoban səhəri gün onun gəlmədiyini gördükdə özü sürü ilə birlikdə binəyə enib və məlum olub ki, Q. İbrahimov itkin düşüb. Ehtimal edilir ki, binədən yemək götürüb qayıdan zaman ərazidə qatı duman olduğundan Qurban dumanda yolunu azaraq itkin düşüb.


Artıq 4 gündür ki, Qurban İbrahimovdan heç bir xəbər yoxdur. Dağlara bələd olan bir neçə çoban onu axtarsa da, bu axtarışlar hələ ki heç bir nəticə verməyib. Eyvaz İbrahimov və fermer Zeynullah Əhmədov rəsmi şəkildə Zaqatala rayon Polis Şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt””inə müraciət ediblər. Bu gün səhərdən dövlət qurumları itkin düşmüş çobanın axtarışına başlayacaqlar.

Zaqatalada çoban itkin düşüb  zaqatalada coban itkin dusub


Oxunub: 834

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər