“Mavi Balina”dan sonra yeni qorxunc təhlükə – “Whatsapp qızı MOMO kimdir?” – FOTO
İntihar xəbərləri ilə gündəmə gələn “Mavi balina” oyununun ardından daha bir təhlükə ortaya çıxıb. Whatsap üzərindən sürətlə yayılan “Momo” adlı oyun yeni narahatlığa yol açıb. Xüsusilə də Latın Amerikası regionunda ciddi şəkildə əndişə var.
Məsələni araşdıran Meksika polisi də ciddi şəkildə narahat olduqlarını və “Momo”nun bir sosial media qrupu olaraq fəaliyyətə başladığını açıqlayıb: “Hər şey feysbukda başladı. Bir qrup insan müəyyən edilmiş bir nömrəyə zəng etməyə görə bir-birinə meydan oxumağa başladı. Bir çox istifadəçi “Momo”ya mesaj göndərdiklərini, cavabında isə şiddət dolu fotolar aldıqlarını deyib. Bəziləri təhdid dolu mesajlar alır, bəziləri də şəxsi məlumatlarla şantaj edildiklərini bildirir”.
ÐаÑÑинки по запÑоÑÑ 'Momo' en las calles de México y
Oyun artıq Latın Amerikası ölkələrində, ABŞ-da, Fransada və Nepala qədər bir çox ölkələrdə yayılıb. İspaniya polisi də məsələ ilə bağlı xəbərdarlıq edib.
İnternet artıq “Momo” ilə bağlı məzmunlaarla doludur. İnternetdə axtarış sistemində ən çox axtarılanların siyahısında “Vatsap qızı Momo kimdir?” başlığı da var. “Momo”nu ispandilli ölkələrdən birində yaşayan bir şəxs ortaya çıxarıb. Oyunda istifadə edilən üz fotosu isə Yaponiyada bir sərgidən əldə olunub. Artıq “Momo” olaraq bilinən bu qorxunc üz əslində “quş qadın heykəli”nə aiddir.
İnsanları düşündürən əsas məqamlardan biri isə “Momo” oyunu oynamağın nə kimi təhlükələrinin olmasıdır.
Qeyd edək ki, bu oyun “Mavi balina” oyunundan elə də fərqlənmir. Ən az onun qədər təhlükəlidir. Şəxsi məlumatlarınız və sizə aid özəl fotolar ələ keçə bilər. İnsanları rahat şəkildə intihara sürükləyən bir danışıq proqramları var. Oyunun tələsinə düşənlər təhdid edilir və zorla pul alınır. Oyuna yeni qatılanlar depressiyaya qapıla bilir.
Bu oyun barədə xüsusilə valideynlərə xəbərdarlıq edilib. Oyunun tələsinə asanlıqla düşən gəncləri bu təhlükədən uzaq tutmaq tövsiyə olunub.
Mütəxəssislər valideynlərə uşaqlarının telefonlarını gün ərzində müntəzəm olaraq yoxlamağı və onlara tanımadıqları nömrələrə cavab verməməklərini izah etmələrini xahiş edir