siyaset / ustxeber
2.08.2018, 12:38
Medvedev Azərbaycanla danışıqlar barədə tapşırıq verdi
Rusiyanın baş naziri Dmitri Medvedev Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib, danışıqlar aparmaq və bu sazişi imzalamaq barədə tapşırıq verib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, təsdiqlənən sənədə əsasən, Rusiya Nəqliyyat Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmalı və razılaşmalar əsasında sazişlər imzalanmalıdır.