Bu ərazilərdə qaz olmayacaq

















Bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Səbail", "Lökbatan", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan verilən məlumata görə, qaz təchizatının dayandırılması "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 19-cu km-də quraşdırılmış və yararsız vəziyyətə düşmüş sipərin dəyişdirilməsi, 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması və bir ədəd xamutun ləğv edilməsi ilə bağlıdır.

Zəruri təmir işləri ilə əlaqədar, Səbail rayonu Bayıl, Badamdar qəsəbələrinin, 20-ci sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R.Rza, Neftçilər prospektində, Yasamal rayonu Ə.Quliyev küçəsinin, Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Oxunub: 661

Son xəbərlər

Azərbaycanda bu dərmanda təhlükəli kimyəvi maddə aşkar edildi

Trampın məhkəməsi 6 il təxirə salına bilər

İsrail Qəzzaya humanitar yardımları qadağan etdi

BMT Qəzzanı dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb

"Rusiya və Ukrayna gizli danışıqlar aparır" - Herş

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

Bütün xəbərlər