Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik edib – Qurban bayramı münasibəti ilə













Mədəniyyət naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.
Mia.az-ın məlumatına görə, təbrikdə qeyd edilir ki, dini dəyərlər bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir:
“İslam dini xalqımızın mənəvi inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam ənənələri Azərbaycanda həmişə uca tutulmuşdur. 743-cü ildə Şamaxıda inşa edilmiş Cümə məscidi müsəlman dünyasının ən qədim ibadətgahlarından biridir.
Tarixən multikultural cəmiyyəti və tolerantlıq mühiti ilə tanınmış Azərbaycanda bu gün dövlətimiz tərəfindən dini dəyərlərə, o cümlədən İslam dininin zəngin irsinə böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamları ilə paytaxt Bakıda, digər şəhər və rayonlarımızda tarixi məscidlərimiz təmir-bərpa edilir, yeni ibadət ocaqları yaradılır. İslam mədəniyyəti nümunələrinin qorunması və təbliği diqqət mərkəzində saxlanılır. Dövlət başçısının sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi, həmçinin Naxçıvan şəhərinin bu il “İslam mədəniyyətinin paytaxtı” missiyasını yerinə yetirməsi Azərbaycan Respublikasının İslam dünyasına mühüm töhfələridir”.
Təbrikdə müqəddəs Qurban bayramının əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, insanın Yaradana inam və sədaqətini ehtiva edən Qurban ayini bizləri xeyirxah amallara çağırır, mənəvi rahatlığımıza, birlik və bərabərliyimizə vəsilə olur. Bayram günlərində insanlar Tanrının sonsuz qüdrət və mərhəmətinə şükür edərək qurbanlar kəsir və imkansızlarla paylaşırlar. Bu bayramın bərəkətindən hamıya pay düşür.
Nazir təbrikin sonunda ölkəmizin mədəniyyət işçilərinə Qurban bayramı münasibətilə ən xoş diləklərini çatdıraraq hər kəsə firavanlıq, səadət və yeni uğurlar arzulayıb.


Oxunub: 554

Son xəbərlər

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı — VİDEO

Abşeronda qəriibə hadisə

"Xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür" - Milli Məclis

“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” - Rusiya səfirliyi

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - VİDEO

Asteroid 2023 BU: Kosmik qaya bəzi peyklərdən daha yaxından keçir - FOTO

SENSASSİYA! Azərbaycan səfirliyinə xain hücumu bu ölkə təşkil edib

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

"Azneft"də sürücülər NİYƏ NARAZIDIR?.. - YEYİNTİ İTTİHAMI...

"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır" - "Korkmaz Group"un sahibindən şikayət

Bütün xəbərlər