Baş Prokurorluqla bu nazirliyin maşınları hərraca çıxarıldı
Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi nəqliyyat vasitələrini hərrac yolu ilə satışa çıxarır.
DogruXeber.az Trend-ə istinadən məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sentyabrın 25-də keçiriləcək hərracda Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluq balanslarında olan bir sıra nəqliyyat vasitələrini ucuz qiymətlə hərraca çıxaracaq.
Hərraca çıxarılan maşınlar: QAZ-31029 (buraxılış ili-1995), start qiyməti 800 manat; dörd KamAZ-5111 (buraxılış ili-1989), hərəsinin start qiyməti 3500 manat; QAZ 31105-100 (buraxılış ili-2008), start qiyməti 2000 manat; VAZ-21213 (buraxılış ili-2003), start qiyməti 1300 manat