HƏDƏ-QORXU İLƏ PUL TƏLƏB EDƏN CİNAYƏTKAR DƏSTƏNİN 2 ÜZVÜ SAXLANILDI







Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan DogruXeber.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığında o pulu ödəyə bilməmiş, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünü oldürmə həddinə çatdırmışlar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İB-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat—axtarış tədbirləri davam etdirilir.

Nizam Həmidov

polis leytenantı


Oxunub: 534

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər