"Ermənistan güzəştə getməyəcək!" – Paşinyan Azərbaycanı hədələdi
















Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmalarını istəyirlərsə, onda onlar ilk növbədə Azərbaycanı mövcud razılaşmalara əməl etdirməlidirlər.
Sonxeber.az azvision.az-a istinadla xəbər verir ki, Parisdə rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Fransadakı erməni diasporunun nümayəndələrilə görüşündə belə deyib. Növbəti dəfə Azərbaycanı ittiham edən işğalçı ölkə rəhbəri Dağlıq Qarabağ münaqişəsində Ermənistanın heç bir güzəştə getməyəcəyini bildirib. Paşinyan hətta Azərbaycanı təhdid etməkdən belə çəkinməyib.

"Əgər Bakı fikirləşirsə ki təhdidlərlə bizi güzəştə getməyə məcbur edəcək, o zaman yanılır. Azərbaycan heç cür anlamır ki, bu günkü Ermənistan əvvəlkindən fərqli olan tamam başqa - ətrafında yeni potensiala malik bütün erməniçiliyin birləşdiyi Ermənistandır. Və Azərbaycanın aqressiv davranışları Ermənistan və Qarabağa yox, erməniçiliyə qarşı yönəlmiş olacaq ki, onlar birləşmiş erməni xalqından əks-zərbə ilə üzləşəcəklər." – deyə, Paşinyan işğalçı siyasətlərinə haqq qazandırmaqla yanaşı, dünya birliyinin gözü önündə Azərbaycan xalqını hədələyib.

Fransa prezidenti Emmanuel Makronla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdiklərini deyən Paşinyan, olduqca maraqlı ifadə işlədib. Onun sözlərindən belə aydın olub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa indiyədək münaqişənin həllinin mümükünlüyünə şübhə edib və vasitəçilik missiyasına qeyri-ciddi yanaşdığını etiraf edib. Parisin bu cür mövqeyindən istifadə edən Paşinyansa yenə də diqqəti Ermənistanın işğalçı siyasətindən yayındıraraq, rəsmi Bakını günahlandırıb:

"Makron məndən soruşdu ki, doğrudanmı münaqişənin həlli məsələsini ciddi şəkildə müzakirə etmək imkanı var? Və mən ona dedim ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından danışarkən Azərbaycan rəhbərliyi heç də səmimi deyil. Münaqişənin həlli yalnız regionda nizamlanma atmosferinin mövcudluğu şəraitində mümkündür. Amma əksinə, biz müharibə təhdidləri eşidirik və bu cür şərtlər altında nizamlanma sadəcə real deyil."

Bununla da, Paşinyan Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqlarını hərbi yolla azad etmək haqqına başqa ad verməklə Fransanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mümkünsüzlüyünə inandırmağa, Azərbaycanı regionda sabitliyə təhlükə kimi qələmə verməyə və mövcud status-kvonun uzadılmasına nail olmağa çalışıb.

Destruktiv bəyanatlarından sonra Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşünə də toxunub. Bildirib ki, artıq Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutub. Onun İlham Əliyevlə görüşü barədə isə hələ ki tərəflər arasında heç bir razılıq yoxdur.


Oxunub: 488

Son xəbərlər

Şok-Şok Bərdədə dövlət meşələrində kütləvi "soyqırım" faktı_Video

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Bütün xəbərlər