gundem
17.09.2018, 16:15
Şəhid qızı bu şəkildə birinci sinifə qədəm qoydu – FOTOLAR
Atası şəhid olanda üç aylıq körpə olan və heç atasını tanıma fürsəti olmayan altı yaşlı şəhid qızı Zeynəb Ravz Ağüz də birinci sinifə gedib.
O, məktəbə gedərkən onun yanında atasının döyüşçü yoldaşları və dörd polis əməkdaşı olub. O, 2012-ci ildə teroristlərin atəş açması nəticəsində şəhid olan Tuncay Ağüzün qızıdır. Şəhid uşaqlarının bu şəkildə məktəbə aparılması üçün Adana Əmniyyət Müdürü Səlami Yıldız göstəriş verib. Şəhid qızının bu şəkildə birinci sinifə aparılması insanlar tərəfindən də müsbət qarşılanıb.