“Qaçqınkom”a qarşı ittihamlar – 2 məcburi köçkün ailəsi duz anbarında acınacaqlı durumda yaşayır















Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı yenidən köçkünlər üçün tikilən evlərin ədalətsiz paylanılmasına dair ittihamlar irəli sürülüb.

BakuPost xəbər verir ki, ittihamlarla 1992-ci ildə Füzuli rayonundan məcburi köçkün düşmüş və 26 ildir, Beyləqan şəhər, DMD-42 qəsəbəsində yaşayan 2 ailə çıxış edib.

Şəraitsizlikdən dad edən Məmmədovlar və Əliyevlər ailəsi deyir ki, illərdir, məskunlaşdıqları rayonda keçmiş yağ-pendir zavodunun duz anbarında yaşayırlar.

Əliyevlər ailəsinin başçısı Siyavuş Əliyevin sözlərinə görə, hazırda rayonda qaçqın və məcburi köçkünlər üçün ev tikilir. Lakin duz anbarında yaşayan bu 2 ailə indidən onlara ev verilməyəcəyini sezib. Buna səbəb isə “Qaçqınkom”un Beyləqan üzrə yerli nümayəndəsinin sözləri olub. Belə ki, ailələr Beyləqanda yeni qaçqın qəsəbəsi salındığı eşitdikdən sonra “Qaçqınkom”a üz tutub. Onlara “bu evlərin sizə dəxili yoxdur, sizin üçün tikilmir” deyilib.

“Rayonda məcburi köçkünlər üçün 145 ev tikilir. Artıq bünövrəsi qoyulub. Amma bizə ev veriləcəyinə ümid etmirik. Neçə dəfə siyahı tutublar, hər dəfə bizə deyirlər ki, sizə ev veriləcək, amma 25 ildir, vermirlər. Mənim 4 ailə üzvüm var, 5-ci də gəlinimdir. Bu qədər adam 1 otaqlı evdə yaşayırıq. Şəraitimiz dözülməzdir.

“Qaçqınkom”un yerli nümayəndəliyinə müraciət etmişik, deyirlər, bizlik deyil. Bu işləri paytaxtdan həll edirlər”, – deyə S. Əliyev bildirib.

Məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı zavodun ərazisini Elbrus adlı iş adamı alıb. Biznesmen burada yeni iş qurmaq istəsə, ailələr çöldə qalacaq.

Əliyevlərlə Məmmədovlar bu məsələ ilə bağlı da “Qaçqınkom”un yerli nümayəndəliyində olublar. Lakin onlara verilən cavabdan şoka düşüblər:

“Bizə dedilər ki, zavodun ərazisini kim alıbsa, ona deyin, sizə ev tiksin, sonra çıxarsın. Bəs prezident İlham Əliyevin sərəncamı ilə tikilən mənzillər kimə paylanılır? Ölkə başçısı bu evlərin bizə verilməsi barədə tapşırıq verib. Ən birinci də acınacaqlı şəraitdə yaşayan ailələrə paylanılması tapşırılıb. Bəs biz niyə ala bilmirik? Külək oldu, evimin şiferini, damını apardı. Bütün qışı evə yağış suyu tökülüb. “Qaçqınkom”dan həmin vaxt gəlib baxdılar. Qurumun buradakı nümayəndəsi girib bu komaya, deyir ki, “sən məndən yaxşı vəziyyətdə yaşayırsan”. Elə bil o qədər obyektlərin sahibi bu yox, mənəm.

Bizə başqa variant qoymurlar, istəyirik İran, Türkiyə səfirliyinə müraciət edib, sığınacaq alaq. 25 il küçədə yaşamaq nə deməkdir?”

Ailələr iddia edir ki, illərdir, paytaxtda yaşayan və hər bir şəraiti olan ailələr yeni mənzillərin tikildiyini eşidib, yenidən Beyləqana qayıdıblar:

“Sağlıqlarına qismət, əksəriyyətini özünə ev, maşın alıb, iş qurub, amma eşidiblər ki, məcburi köçkünlər üçün evlər tikilir, yığışıb gəliblər. Guya illərdir, burada yaşayırlar.

Bu zavodun ərazisində 53 ailə var, hansına deyirik ki, gəlin çıxaq mətbuata, şikayət edək, “Qaçqınkom”a gedək, heç biri razı olmur. Qaçırlar. Qaçırlarsa, məlum məsələdir ki, onlara ev alacaqları vədi verilib. Hamısı da boxçasını yığıb oturub. Bircə Vüqarla mənə heç nə demirlər”.

S. Əliyevlə duz anbarını bölüşən digər ailənin başçısı Vüqar Məmmədov da qonşusundan fərqli şəraitdə yaşamır. Qonşular “Qaçqınkom”dan komissiya yaradılmasını, gəlib onların daxmalarına, şəraitlərinə baxış keçirilməsini və ədalətli qərar verilməsini istəyirlər: “Gəlib baxsınlar. Əgər mənə ev düşmürsə, onda ev verilsə də imtina edəcəyəm. 2 il əvvəl ev paylananda camaat yola çıxıb, maşınların qabağını kəsmişdi. Onda “Qaçqınkom”un sədri gəldi, evimə baxdı. Dedi ki, “ürəyim ağrıdı, xahiş edirəm bircə il gözlə, ilk tikilən evi sənə verəcəyik”. O sözdən sonra 2 ildir, gözləyirəm. İndi ev tikilməyə başlayıb, getdim yanına, deyir ki, sənin üçün tikilmir. Deyirəm niyə mənim üçün deyil? Deyir ki, mənim səlahiyyətimdə deyil, onu paytaxtdan həll edirlər, onlar məndən böyükdür. Mənim də ailəm 4 nəfərdən ibarətdir. 1 otaqda qalırıq. Özü də necə şəraitdə. Uşaqlar, yoldaşım revmatizm tutub. Belə yerdə hər cür xəstəliyə tutulmaq olar.

O qədər aldadılmışıq ki, yoldaşım deyir, bu dəfə də bizə ev verilməsə, benzin töküb özümü yandıracağam. O dərəcəyə çatmışıq”.



“Qaçqınkom”a qarşı ittihamlar – 2 məcburi köçkün ailəsi duz anbarında acınacaqlı durumda yaşayır


“Qaçqınkom”a qarşı ittihamlar – 2 məcburi köçkün ailəsi duz anbarında acınacaqlı durumda yaşayır


Oxunub: 536

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər