Məktəblərdə şagird sıxlığı yarandı – Bir sinifdə 45 şagird















“Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir”

Yeni dərs ilinin başlaması köhnə problemləri yenidən gündəmə gətirdi. Valideynlərin də, müəllimlərin də narazılığına səbəb olan məsələlərdən biri məktəblərdəki şagird sıxlığıdır. Əsasən də Bakı məktəblərinin bəzilərində siniflərdə şagird çoxluğu müşayiət edilir.

Təhsil eksperti Almaz Həsrət mətbuata açıqlamasında deyib ki, xüsusən də birinci siniflərdə sıxlıq olur. Elə sinif var ki, orada 46-47 uşaq var. Bu haldan valideynlər də narazıdırlar, elə müəllimlər də… Bəzi məktəblər də sinif otağı çatışmadığı üçün, 3 növbəli fəaliyyət göstərmək məcburiyyətində qalıb.

Problemlə bağlı “Şərq”ə danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, Azərbaycanın təhsil sistemində islahatlar aparılsa da, mövcud problemlər qalmaqdadır. Onun sözlərinə görə, şagird sıxlığı ilə bağlı, Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi öz münasibətini bildirir:

“Təhsil haqqında” qanuna əsasən siniflər 20 nəfərdən ibarət olmaqla 5 qrupda komplektləşdirilməlidir. Elə vəziyyət yaranıb ki, sinifdə 40-50 uşaq var. Bu, əlbəttə ki, böyük problemdir”. Sovet dövründə məktəblərin fəaliyyətini xatırladan ekspert vurğulayıb ki, o zaman məktəblərə qəbul məsələsi ərazi prinsipi əsasında götürülürdü:

“Sonradan “Təhsil haqqında” qanunun təhsillə bağlı normativ hüquqi sənədlərində dəyişikliklər edildi. Mövcud durumda valideyn, şagird, müəllim, məktəbin rəhbəri, sponsor və s. bunlar hamısı təhsil prosesinin bərabərhüquqlu subyektləri sayılır. Bərabərhüquqlu subyekt nə deməkdi? Yəni valideyn, uşaq, məktəb və müəllim seçməkdə müstəqildir. Məlumdur ki, bu məqamda müəyyən xoşagəlməz vəziyyət yarandı. Valideynlərə məktəb və müəllim seçmək imkanı yaradıldıqda təəssüf ki, başqa bir problem meydana çıxdı. Belə ki, valideyn uşağını yaxınlıqda yerləşən məktəbə yox, adı yaxşı mənada hallanan uzaqdakı məktəbə yerləşdirdi. Beləliklə də həmin məktəbə axın oldu, sıxlıq yarandı. İndi anormal vəziyyət yaranıb – bəzi məktəblərdə şagird sayı normadan çoxdur, bəzisində normadan azdır”.

N.İsrafilov hesab edir ki, məsələyə aidiyyəti qurumlar yenidən baxmalıdırlar:

“Təhsil Nazirliyinin rəhbərliyi də etiraf edir ki, ibtidai siniflərdə bu kimi problemlər mövcuddur. Təbii ki, bir sinifdə 30-40 şagird varsa, orada təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Bu gün özəl məktəblər bir sinfə 12-14 şagirddən artığını yerləşdirmirlər. Ona görə həmin şagirdlərin təhsillərində irəliləyişlər olur”.

Ekspert bildirib ki, birinci sinif təməldir:

“Uşağa hansı təməl qoyulacaqsa, o cür də gedəcək. Eyni problem rus bölmələrində də yaşanır. Baxmayaraq ki, respublikada bu qədər məktəblər, korpuslar tikilib, sıxlıq yenə də mövcuddur. Məsələnin iki həll variantı var. Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir. Bir məsələ də var ki, siniflərin bölünməsi əlavə vəsait aparacaq, otaq çatışmazlığı yaranacaq. Bununla da yeni bir problem meydana çıxacaq. Ən yaxşı variant ikinövbəli sistemin olmasıdır. Yəqin ki, bu məsələ ilə Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi məşğul olur. Yəni 30-40 nəfərlə keyfiyyətdən danışa bilmərik. 10-cu sinifdə 40 nəfər də bir sinifdə otura bilər. Birinci siniflərə isə fərdi yanaşmaq lazımdır”. (sherq.az)


Oxunub: 672

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər