“Bu xanım nədən narazıdır?” - Baş onkoloq













“Hamımızın “Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir”.

“DogruXeber.az” xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib. O, xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi ilə özünü reklam etdiyini bildirib:

“Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Topuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur.

Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir”.

T. Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında A. Kərimlinin ittihamlarını qəbul etmədiyini söyləyib:

“Mən xəstəliyimlə bağlı heç kəsə müraciət etməmişəm. Milli Onikologiya Mərkəzində müalicəmi gözəl bir şəkildə alıram. İnşallah, bir –iki günə şüalanma prosesim bitir. Xərçənglə özümü reklam etmirəm. Hamı bilir ki, efirdə evimin ipotekasının ödənilməsi barədə danışmışam. Bu qədər, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşıram”.


Oxunub: 682

Son xəbərlər

Rusiyanın casus balinası İsveçdə aşkarlandı

“Taliban”-İran qarşıdurması: Zəngəzur və Orta dəhlizə "yaşıl işıq"?

"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət

Ərdoğan Putinlə razılaşdı

Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA

Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Zelenskiyə dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla bilər

Sabah 34° isti olacaq

Nazir 3 rəisi vəzifəsindən azad etdi - SİYAHI

Azərbaycan müdafiə xərclərini artırır

Vahid Ələkbərovun oğlunun sərvəti açıqlandı

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Samir Şərifov bu işçisinə YİYƏ DURMALIDIR... - açıq-aşkar NARAZILIQ YARADIR

Azərbaycana gələn İsrail nümayəndə heyətinə bunlar qadağan edildi

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Elxan Qasımov dəfn edildi

Azərbaycanda yeni müavinət növləri təsis edilir

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir": Cəlilovun təyin etdiyi Arxiv müdirinin etirafı - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

“Azərişıq” Zod yaşayış məntəqəsində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı - VİDEO

"Son yaş həddi 70-ə qaldırılsın" - Deputatdan TƏKLİF

Ərdoğan prezident seçildikdən sonra ilk bu ölkəyə GEDƏCƏK

Milli Məclisin iclası başladı

Emin Ağalarov atasının şirkətindən ayrıldı

Mövqelərimiz atəşə tutuldu

İsrail Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər