dunya
4.10.2018, 08:45
NATO-dan Rusiyanı qəzəbləndirəcək həmlə
Gürcüstanın NATO üzvlüyünə dəstək verdiyimizi bir daha təsdiqləyirik. Gələn ilin martında Gürcüstanda NATO-nun təlimlərinə hazırlıq məsələlərini müzakirə edəcəyik.
Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
NATO müdafiə nazirlərinin zirvə görüşündə çıxış edən Yens Stoltenberq Gürcüstanın təşkilata üzvlüyünün vacibliyinin fərqində olduqlarını açıqlayıb.
NATO-nun baş katibi həmçinin Rusiyanı Orta mənzilli Nüvə Qüvvələri Müqaviləsinin tələblərinə əməl etməyə çağırıb. Onun sözlərinə görə, “9M729” adlı yeni raket sistemi müqavilənin açıq şəkildə pozulması deməkdir./Teleqraf.com