Akopyan bu suallara cavab versin – İcma rəhbəri






Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın və bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini pisləyirik. Çünki bu səfər heç bir halda sülhə xidmət etmir.

Bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, A.Akopyanın təşəbbüsü ilə baş tutan bu səfər qanunsuzdur:
“Çünki həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır. Əlbəttə, Anna Akopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Əgər belə olmasaydı, nə üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistanın işğalçı hərbi birləşmələri mövcuddur. Mən Ermənistanın baş nazirinə və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız?

Axı torpaqlar bizə məxsusdur və o torpaqlardan Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər – evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə erməni hərbi birləşmələridir. 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Gerçək sülh əldə etməyin yolu da budur. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar. Əgər Anna Akopyan sülh istəyirsə, buyursun, bu suallara cavab versin. Yoxsa, həm Ermənistan cəmiyyətini, həm də beynəlxalq ictimaiyyəti belə “kampaniyalarla” aldatmaq cəhdi heç bir nəticə verməyəcək”.

B.Səfərov Dağlıq Qarabağda yaşayan sadə ermənilərin Azərbaycan qanunları ilə yaşamaq istədiklərinə şübhə etmədiyini vurğulayıb:

“Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək səviyyədə olduğu bir dövlətdir. Sadə ermənilər yaxşı yaşamaq üçün Azərbaycanın qanunları altında yaşamaq istəsələr də, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağın separatçı rejimin rəhbərliyi buna imkan vermir”./Teleqraf.com


Oxunub: 406

Son xəbərlər

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Bütün xəbərlər