gundem
13.10.2018, 10:40
Azərbaycanlı şairdən xəbər yoxdur – Kəşfiyyat da açıqlamır
Güney Azərbaycanın tanınmış şairi Məhəmməd Əbdülməhəmmədzadə saxlanılıb.
Hadisə Təbriz şəhərində baş verib.
Şair İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb.
“Çılğın” təxəllüsü ilə tanınan şair oktyabrın 10-da işə gedərkən saxlanılıb.
Məhəmməd Əbdülməhəmmədzadənin harada saxlandığı barədə məlumat yoxdur./Teleqraf.com