İran sərhədinə qədər yeni tras çəkiləcək - Anons












Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər".

Bu barədə Prezident İlham Əliyev oktyabrın 15-də “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə deyib.

Ötən ay Bakı-Astara avtomobil yolunun istifadəyə verildiyini xatırladan dövlət başçısı bunun ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yol olduğunu bildirib:

"Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub. Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq. Hesab edirəm ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək. Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar"./Teleqraf.com


Oxunub: 280

Son xəbərlər

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Bütün xəbərlər