Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək












Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

"Report”un məlumatına görə, komandalar Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən sonra VIII tur çərçivəsində üz-üzə gələcəklər. Həftənin matçları iki günü əhatə edəcək.

Turun açılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olacaq. Burada şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi” qarşılaşacaq. Son illər çempionluq uğrunda mübarizə aparan meydan sahibləri bu mövsüm özlərinə bənzəmirlər. Komandanın 5 xalla 6-cı pillədə qərarlaşması baş məşqçi Sənan Qurbanovun istefaya göndəriləcəyi ilə bağlı söhbətlərə yol açıb.

"Neftçi” isə son illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərlik etdiyi kollektiv 19 xalla liderdir. "Ağ-qaralar” cari çempionatda "Qarabağ”la birgə "məğlubedilməzlər" ünvanını qorumaqdadır.

"Qəbələ” və "Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıb. Bunlardan 15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbə qazanıb və meydanı qolsuz tərk etməyib. "Qəbələ” son 5 ev oyununda qol sevinci yaşayıb.

Günün ikinci matçı çempion "Qarabağ”la "Səbail” arasında olacaq. Ağdamlılar 16 xalla 2-ci pillədə qərarlaşsalar da, liderdən 1 oyun az keçiriblər. 10 xala malik "Səbail" isə "Sumqayıt” və "Sabah”la birgə 3 - 5-ci pillələri bölüşür. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu rəqiblə əvvəlki 5 görüşün hamısında qələbə qazanıb. "Səbail” bu oyunlarda qol vura bilməyib və qapısında 7 top görüb.

Bazar günü ilk matç "Sumqayıt” və "Sabah” arasında keçiriləcək. "Kapital Bank Arena” təmirdə olduğu üçün Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv debütantı "Dalğa Arena”da qəbul edəcək. Bu kollektivlər arasında ilk dövrədə baş tutmuş dueldə sumqayıtlılar 4:1 hesabı ilə qalib gəliblər.

Turun son qarşılaşmasında "Keşlə” "Zirə”ni qəbul edəcək. Hər iki komanda cari mövsümə yaxşı başlaya bilməyib və son iki pilləni bölüşürlər. Qonaq klub ilk 2 turdan sonra baş məşqçi postunda Ayxan Abbasovu Samir Abasovla əvəzləyib. Meydan sahiblərinin rəhbərliyi isə yayda kollektivi Mladen Milinkoviçə tapşırsa da, bu gedişlə serbiyalı mütəxəssislə yollar ayrılacaq.

Hazırda 2 xalla sonuncu yerdə qərarlaşan "Keşlə” və 4 xalla 7-ci sıradakı "Zirə” daha əvvəl 13 dəfə görüşüblər. Bu matçlardan 3-də keşləlilər, 2-də qəsəbə təmsilçiləri qalib gəliblər. Səkkiz oyunda isə heç-heçə qeydə alınıb.

"Keşlə” 3 oyundur bu rəqibə uduzmur. "Zirə” son 9 matçda meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

VIII tur

20 oktyabr (şənbə)

17:00. "Qəbələ” – "Neftçi”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Namiq Məstanov

Qəbələ şəhər stadionu

I dövrə - 1:2



19:00. "Qarabağ” – "Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

"Azersun Arena”

I dövrə - 2:0



21 oktyabr (bazar)



17:00. "Sumqayıt” – "Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"Bayıl Arena”

I dövrə - 4:1



19:00. "Keşlə” – "Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Erkin Hüseynov

"ASK Arena”

I dövrə - 2:2
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək


Oxunub: 821

Son xəbərlər

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Yeddinci hissə

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim

Vahid pasport sistemi yaradıldı

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Goranboyda hərbi maşını qəzaya düşdü

Boğazına arı gedən milyarder öldü

Zakir Həsənov İrana başsağlığı verdi

Paşinyan: Bakı ilə sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırıq

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Rusiya Azərbaycana təşəkkür edib

Qurtuluş gününün havası

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur" - Hikmət Hacıyev

İsrailin zərbəsi nəticəsində 60 nəfər ölüb

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

Xətaidə konsert proqramı təşkil olundu - VİDEO+FOTO

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bütün xəbərlər