idman
21.10.2018, 03:41
İdmançımız Avropa birinciliyinin qalibi oldu
Ağır Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Məhəmməd Məmmədli Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Publika.az-a bildirilib ki, atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.
Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.
M.Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.
Daha əvvəl Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb