Mədət Quliyev: “Azərbaycanın 871 vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır”














“Ermənistanın qeyri-kontruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir, girovluqdan azad edilsə də, Dövlət komissiyasında olan məlumatlata görə, 871 Azərbaycan vətənaşı hələ də Ermənistanda əsir və girovluğunda saxlanılır”.

Bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.

“Daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və elə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər. Əlbəttə ki, Azərbaycan həm də qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına olan şəxslərin “Hamının hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir” - deyə, M.Quliyev vurğulayıb.Open.az


Oxunub: 798

Son xəbərlər

Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edildi

Təhsildən yayındırıldığı iddia edilən azyaşlı ilə bağlı AÇIQLAMA

Türkiyə XİN İsrailin Suriya ərazisinə daxil olmasını qınadı

Aİ Ermənistana 1,5 milyon avro verdi

Prezidentdən SOCAR-la bağlı SƏRƏNCAM

Ötən ay Ermənistanla sərhəddə görüşlər olub

Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat

Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək - İDDİA

Sabah hava necə olacaq?

Lukaşenko: "Mən Belarusa onlarla nüvə başlığı gətirmişəm"

"Piyada keçidinə 100-150 metr qalmış..." — Təhlükəsizliklə bağlı AÇIQLAMA

“Xəzərdə suyun dayazlaşması fəlakətin başlanğıcı ola bilər” — Ekoloq

Qarabağ Universitetinin filialları yaradılacaq

"... Türk imperiyasının yüksəlişi başladı" - Yunan mediası

Avstriyada Əsədin devrilməsini qeyd edən 30 min suriyalıya görə siyasi mübahisə yarandı

Əsəd rejiminin "ətçəkən" ləqəbli həbsxanası tam boşaldılıb

Alkoqollu içkiləri bu qiymətdən aşağı satanların cəriməsi artırılır

Məişət zorakılığı əleyhinə qanuna edilən dəyişikliklər təsdiqləndi

Bu halda satıcılar 200 manatadək cərimələnəcək

Bu şəxslər 9 min manat cərimələnəcək

Turizm zonalarında qadağan edilmiş fəaliyyətə görə cərimələr müəyyənləşir

Bu şəxslər 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək

İran İsrailə qarşı hərbi əməliyyatları müzakirə edib

General və polkovniklərin müsadirə olunan əmlaklarının SİYAHISI

Bələdiyyələrin gəlirləri informasiya sistemində əks olunacaq

Xaric edilən kursantların əsgərliyə göndərilməsi şərtləri dəyişdirilir

Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun HAZIRLANIB

Bu şəxslər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər

Ödənişli yollardan istifadə qaydalarını pozanlara yeni cərimələr

Ermənistanla Azərbaycan arasında sülhə maneə olan məsələlər AÇIQLANDI

Bütün xəbərlər