Yeni nazir müavini məşhur generalın oğludur?










Prezident İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, hər iki müavin bu sərəncamadək elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, onlar nazirin müşavirləri idilər.


Bu təyinatlardan sonra sosial şəbəkələrdə Vüsal Zakir oğlu Nəsirlinin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olduğu haqda xeyli məlumat yayılıb.

Faktaz.com xəbər verir k, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a həmin məlumatları təkzib edərək bildiriblər ki, Vüsal Nəsirlinin Zakir Nəsirovla heç bir bağlılığı yoxdur.

Xatırladaq ki, prezidentin əfv sərəncamına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuş və general ötən il aprelin 6-da azadlığa buraxılmışdı.


Zakir Nəsirov Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra onun barəsində məhkəmə belə qərar vermişdi.


General-mayor Zakir Nəsirov 2005-ci ilin martında keçmiş MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulmuşdu. Həmin əməliyyat çərçivəsində insan oğurluğu və qətllərdə ittiham edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilmişdi.


Oxunub: 600

Son xəbərlər

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Şengen vizasına maraq: Ölkələr üzrə rəqəmlər açıqlandı

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Rusiya müharibədən sonra da NATO üçün əsas təhlükə olacaq - Kavoli

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Tək nəfərlik uçan taksilər nümayiş olundu

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Qonşusundan aldığı borcu onun evindən oğurladığı pulla qaytardı

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

8 vəkil cəzalandırılıb

Prezident 4 yeni kəndin təməlini qoydu

Uzunmüddətli ketogenik pəhriz normal toxuma hüceyrələrinin qocalmasına səbəb ola bilər

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Krımda gizli hərbi bazaya hücum edildi, Rusiya tərəfinə keçən polkovnik-leytenant öldürüldü

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Bütün xəbərlər