BALAKƏNDƏ POLİS GƏNCLƏRLƏ GÖRÜŞÜB














DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, Balakən şəhər 2 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı rayon ağsaqqallar şurasının sədri, Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. O, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağı zərər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslamın mədəniyyətimiz, mental dəyərlərimizlə sıx bağlı olduğunu bildirən Şöbə rəisi bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib.

Tədbirdə erkən nikahın fəsadları barəsində çıxış edənlər gələcək ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin də bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildirib, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd ediblər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Mahir Məsimov,

polis leytenantı


Oxunub: 854

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər