Abel Məhərrəmov varidatını YAP-ın kölgəsində qorumağa çalışır - İDDİA













Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun İspaniyadakı böyük qalmaqaldan sonra işdən çıxarılması gündəmdən düşmür. Günlərlə baş verənlərə aydınlıq gətirməyən sabiq rektor YAP-ın 21 noyabrda keçirilən tədbirində üzə çıxıb. Mətbuata danışsa da, Madrid səfəri, oradakı qalmaqallı olayın üzərindən sükutla keçib. Bilinən odur ki, Abel Məhərrəmov məhz siyasi rəhbərliyi qəzəbləndirdiyi üçün vəzifəsindən azad olunub.

YAP-ın tədbirinə qatılan sabiq rektorun Fəxri Xiyabanda tək fotosu yayılıb. Adətən YAP-ın tədbirlərində yuxarı başa çıxarılan sabiq rektorun tənha fotosu daha geniş müzakirələrə meydan açıb. “AzPolitika.info”nun məlumatına görə, YAP rəhbərliyinin H.Əliyevin məzarını ziyarət etməsi zamanı son günlərin “qəhrəmanı” - YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov ziyarəti partiya rəhbərliyi ilə birlikdə yox, tək həyata keçirib. Burdan belə nəticə çıxarmaq olar ki, A.Məhərrəmov təkcə vəzifəsini itirməyib, eyni zamanda rəhbərliyində təmsil olunduğu hakim partiyada arzuolunmaz şəxsə də çevrilib. Ona görə də YAP rəhbərliyi ilə birlikdə H.Əliyevin məzarını ziyarət etməsinə, yəni rəhbərliklə bir sırada görünmüsinə icazə verməyiblər.

Azərbaycanda son illərdə formalaşmış ənənəyə görə isə “vurulan” məmurlara qarşı tətbiq olunan əsas cəza onların vəzifədə olarkən əldə etdikləri var-dövlətin - daşınar və daşınmaz əmlakların, nağd pul vəsaitlərinin əllərindən alınmasıdır. Bu ənənənin Abel Məhərrəmova münasibətdə də aktuallığını qoruyacağı ehtimalı xeyli yüksəkdir. Belə olacağı halda bu “elm fədaisinin” itirəcəkləri isə heç də az deyil - illərdir məlum olan və yeni üzə çıxan məlumatlar dəyəri on milyonlarla ölçülən əmlaklardan xəbər verir.

Artıq saytlarda, sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı da yayılmağa başlayıb. Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, hörmətli rektorumuz əməlli-başlı villabaz olub. Təkcə Bakı şəhərində 6-sı olmaqla, ümumilikdə 10-dan artıq villası var.

Sosial və peşəkar mediada sabiq rektorun varidatı ilə bağlı bir neçə siyahı yayılıb.

Həmin siyahını təqdim edirik:

“El Faro Hotel” Nabran Ailəvi İstirahət Mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.

“Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür.

“İzabella” - Bu şadlıq sarayı, Bakıda Elmlər Akademiyası Metrostansiyası yaxınlığında yerləşir, dəyəri 23 milyon manat civarındadır.

BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.

Bakıda 11 müxtəlif ərazidə SPA salonlarından əldə olunan gəlirlər. Hər birinin tikintisi üçün dəyər 4, yaxud 7 milyon manat civarında ölçülür.

“Sahil” ticarət mərkəzində ən bahalı RAMSEY mağaza

A.Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

1) “Lamborghini”

2) “Bentley Motors”

3) “Porsche Cayenne”

4) “Land Rover”

5) “Mercedes AMG” 6.5 motor (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)

6) “Audi Q7"

7) “Audi Q8" (Son model, qiyməti 450 min avro)

8 ) “Mercedes Gelandewagen” (Qiyməti 250 min avro)

9) “BMW X6" (Son model qiyməti 200 min avro)

10) “BMW Sedan 760" (Qiyməti 400 min avro)

(Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov)

Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:

1) Binəqədidə “Vorovski” deyilən ərazidə 2 villası;

2) Quba rayonunda - 1 villası;

3) Xızı rayonunda - 1 villası;

4) Nabranda - 1 villası;

5) Şüvəlan qəsəbəsində - 1 villası;

6) Mərdəkan qəsəbəsində - 1 villası;

7) AMEA yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası;

Şərifzadə küç. 10 yerləşən evi.

- Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq baxçası.

- 8-ci mikrorayonda daha bir restoranı

- Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.

Abel Məhərrəmovun 20 illik rektorluq dövrü onu ölkədəki gizli məmur-oliqarxlar sırasında ilk yerlərə çıxarıb. O isə YAP-ın kölgəsinə sığınmağa çalışır, amma belə görünür ki, ona burda da daha yer yoxdur...
“Yeni Müsavat”


Oxunub: 867

Son xəbərlər

FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb - Salyan polisi araşdırma aparır

Bu hərbi hissədə nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Danimarkada Qurana hücumla bağlı ilk məhkəmə başladı

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…

Bu tarixədək qar yağacaq - Xəbərdarlıq

Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Qazaxıstanın neft bazasında PARTLAYIŞ

Evindən köçməkdən imtina edən çinli yolun ortasında yaşayır

Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə

“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

DYP səfərə hazırlaşan sürücülərə müraciət etdi

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Bazar gününə olan hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Bu rayonlara qar yağır

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Buz üzərində qaçan “ayı" rekord qırdı

İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABB-nin blokladığı kartdan 10 min 700 manat oğurlanıb - Bank məsuliyyətdən yayınır

“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Bütün xəbərlər