Novruz Məmmədovdan hərbi vəziyyətlə bağlı mühüm qərar – niyə indi…?













Ekspert: “Bu qaydaların qəbulu onu deməyə əsas verir ki…”

Baş nazir Novruz Məmmədov hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalarla bağlı qərar imzalayıb. Bununla “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında “Telekommunikasiya haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 may tarixli Qanunun tətbiqi və “Telekommunikasiya haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2005-ci il 9 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” təsdiq edilib.

Baş nazirin imzaladığı qaydalarda hərbi vəziyyət dövründə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadə xüsusiyyətləri açıqlanıb. Sənəddə bildirilir ki, hərbi idarəetmə orqanları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadədə üstünlük hüququna malikdirlər. Telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), televiziya və radio yayımının fəaliyyəti isə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

Sənəddə həmçinin bildirilir ki, hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya operatorları tərəfindən hərbi idarəetmə orqanlarına telekommunikasiya və poçt xidmətlərinin göstərilməsinin NRYTN, televiziya və radio yayımı xidmətlərinin isə MTRŞ-nin razılığı olmadan dayandırılmasına yol verilmir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə hərbi idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına telekommunikasiya şəbəkələrində boş nömrə, port və xətt tutumu olmadıqd, telekommunikasiya şəbəkələrində texniki yüklənmə yarandıqda yol verilir.

Sənədə görə, qəbul edilmiş qərarda telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti göstərilir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, müvəqqəti olaraq telefonları şəbəkədən aça və internet xidmətlərinin göstərilməsini dayandıra bilər.

Ehtiyac yarandıqda, NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, hərbi vəziyyət dövründə məlumatların əhaliyə operaitv yayılması üçün əlavə resurslar ayırır. Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti hərbi vəziyyətin müddətindən artıq ola bilməz. Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin daşınar və daşınmaz əmlakı əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlak isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.

Politoloq Natiq Miri “Yeni Müsavat”a şərhində bildirib ki, ərazilərinin müəyyən hissəsi işğalda olan bir ölkə kimi Azərbaycanın bu cür qaydaları əks etdirən sənəd qəbul etməsi vacib idi: “Demək olar ki, bütün dövlətlərdə bu tipli qanunlar, rəsmi qaydalar qəbul edilir. Azərbaycanda isə buna ikiqat ehtiyac olduğu məlumdur. Ona görə ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Atəşkəs dövrü olsa belə, müharibə hələ bitməyib. Hər an müharibənin alovlanması ehtimalı böyükdür. Müharibə dövrünün isə öz qanun-qaydaları var. Baş nazirin təsdiqlədiyi həmin sənəd əslində müharibə qanunları seriyasına aid edilə bilən sənəddir. Bu qaydaların qəbulu onu deməyə əsas verir ki, hökumətdə də əminlik var ki, hərbi vəziyyətlə üz-üzə qalmaq ehtimalı gün-gündən yüksəlir”.


Oxunub: 412

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər