Azərbaycanlı rəhbər vəzifəyə təyin edildi - Avropa Şurasında














2018-ci ilin dekabr ayının 4-də Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə seçkilər keçirilib.

Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti seçilib.

Məlumat üçün bildirək ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olub. Adətən Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir.

Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclasında ali idaretmə orqanı olan Büronun digər üzvləri – vitse-prezident və iki üzv vəzifələrinə Çexiya, Fransa və Malta ölkələrinin nümayəndələri seçilib.

Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışıb. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olub.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 üzv dövlətinin başçılarının təşəbbüsü ilə yaradılıb və onun əsas məqsədi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin icrasının daha səmərəli təmin edilməsi və Avropa ölkələrində məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutunun səmərəliliyinin artırılmasından ibarətdir.


Oxunub: 408

Son xəbərlər

Hacı Mazan Masallını necə TƏHLÜKƏYƏ ATIR... - İLGİNC FAKTLAR

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ

VÖEN açıb, ancaq işlətməyənləri nə gözləyir? - Dövlət Vergi Xidmətindən açıqlama

İran Azərbaycanı niyə “hədələyir”? — ÜÇ SƏBƏB

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... (VİDEO)

«Azərrabitəinşaat» parçalanır, əmlakı bölündü - YENİ ŞİRKƏT YARADILIB

Neft ucuzlaşdı

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

“Xəstə” qiymətlər: Dərman bazarında nə baş verir? - AKTUAL

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

Bütün xəbərlər