SAXLANILAN ŞƏXSLƏR MƏSULİYYƏTƏ CƏLB OLUNDULAR













DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin oktyabr-noyabr ayları ərzində rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisində yerləşən mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurması müəyyən edilib.

Həmçinin keçirilmiş tədbirlərlə rayon ərazisində oxşar cinayətləri törədən başqa şəxslərin də şəxsiyyəti məlum olub. Belə ki, rayon ərazisində yerləşən inşaat materialları mağazalarının birindən xeyli miqdarda santexnika avadanlıqları oğurlamaqda şübhəli bilinən Rafiq Abdullayev, Quba şəhər sakini M.Məmmədovun etibarından istifadə edərək aldatma yolu ilə pulunu mənimsəyən Qəribşah Hacıağayev saxlanılıb.

Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa oğurluq hadisələrində iştirak edib etməməsi araşdırılır.


Oxunub: 672

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər