Göyçay şefi qardaşının kürəkəni ilə milyonlar silir: “Famil A” MMC fırıldağı...
















Göyçayın Səməd Vurğun küçəsi, ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu mətbuata göndərdiyi məktubda sensasion faktlar açıqlayıb

V.Əliyev icra başçısı və qohumlarının özbaşınalıqlarından yeni-yeni detallar yazıb.

Onun sözlərinə görə, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub.

Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib vəlahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC qalibi olub.

Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kmi işlədilməsi adı ilə 500-dən çox vətəndaşa maaş yazılıb. Bu vəsaitlər başçı tərəfindən mənimsənilib.

Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir.Talan edilən pulun 90 % Mehdi Səlimzadəyə çatır.

Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır, ancaq nə iş var, nədəadları işçi kimi yazılan şəxslərin maaşdan xəbərləri.

Cahan.info-nun xəbərinə görə, Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli Bəkirovanın həyat yoldaşıdır.

Telli müəllimə hazırda işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı sıxışdırmaqdadır.

Məktubda iddia olunur ki, Telli Bəkirovanın ali təhsil alması barədə diplomu saxtadır. Göyçay şəhər 5 nömrəli tam orta məktəbə ocaqçı (kaçaqar) vəzifəsinə təyin olunmuş Telli Bəkirova əmisinin icra başçısı vəzifəsinə təyinatından dərhal sonra birdən-birə məktəbdə təşkilatçı vəzifəsinə gətirilib.

Telli Bəkirovanın anası Solmaz Tağıyeva isə Potu kənd tam orta məktəbə direktor vəzifəsinə təyin olunur. Ana Solmaz müəllimə Potu kənd orta məktəbdə, qızı Telli Bəkirova isə 5 nömrəli tam orta məktəbdə reketçiliklə məşğul olurlar.

Göyçay rayon sakinləri Mehdi Səlimzadənin özünün və qohumlarının hoqqabazlıqlarından cana yığılıblar.

İcra başçısı olan əmiyə 2 milyon manat pul atdığı üçün qardaş oğlu Səməd Cəbrayılov arzu olunmaz şəxs elan edilib.

Səməd Cəbrayılov qəssablıqla məşğul olurdu ki, əmi icra başçısı olduqdan sonra tez saxta diplom əldə edib onu Göyçay Gənclər Mərkəzinə müdir, az sonra isə İcra Hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilir.

Bundan sonra Səməd əmisinin kassiri rolunu oynamağa başlayır.Naxələflik edib əmiyə 2 milyon manat pul atdığı məlum olduqda Səməd Cəbrayılov işdən azad edilir.

İndi Səməd əmisinin və Göyçay rayonunda vəzifədə olan məmurların ifşa edici video çəkilişlərini ictimailəşdirəcəyi ilə onlara hədə-qorxu gəlməklə məşğul olduğu deyilir.

İdarə və müəssisə müdirləri başçıya verdikləri haqqı Səməd Cəbrayılov yığırdı deyə həmin vaxt o bütün prosesləri gizli video lentə alıb.İfşa olunanlardan birincisi isə Göyçay rayon Maliyyə İdarəsinin müdiri Firdovsi Rəhimovdur.

İcra başçısı Mehdi Səlimzadənin və yaxın qohumlarının özbaşınalıqlardan Göyçay sakinləri beziblər.

Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.Cahan.info


Oxunub: 725

Son xəbərlər

İsrail Qəzzaya humanitar yardımları qadağan etdi

BMT Qəzzanı dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb

"Rusiya və Ukrayna gizli danışıqlar aparır" - Herş

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? - Həkimdən AÇIQLAMA

Bütün xəbərlər