hadise
14.01.2019, 09:31
Şəkidə DƏHŞƏT: 63 yaşlı kişi özünə od vuraraq yandırdı
Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib.
DogruXeber.az Report-a istinadən hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.