hadise
15.01.2019, 19:34
Şamaxıda yol qəzası - ölən var
Şamaxı rayonunun Meysəri kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Daxili İşlər Nazirliyindən bildirilib.
Yanvarın 14-də saat 9 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sərnişinlərindən Pərvanə Rəcəb qızı hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.