Zamirənin milyonluq üzüyü müsadirə edildi - FOTO













Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirənin var-dövlətinin bəlli olmayan mənbəyinin araşdırılması ilə məşğul olan Böyük Britaniyanın səlahiyyətli orqanları dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edib.

DogruXeber.az"Report"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazıb.

Sözügedən 8,9 karatlıq "Cartier" (Kartye) üzüyü C.Hacıyev tərəfindən səkkiz il əvvəl Londonun məşhur "Harrods" univermağından alınıb.

Zinət əşyası zərgərlər tərəfindən restavrasiya olunan zaman Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən müsadirə edilib.

Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.



Zamirənin milyonluq üzüyü müsadirə edildi - FOTO


Oxunub: 682

Son xəbərlər

Sabah bu istiqamətlərdə hərbçilərin yürüşü keçiriləcək - SİYAHI

Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb

Avropa İttifaqı missiyasından Azərbaycana qarşı təxribat

Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

İnsan dərisindən qadcetlərə enerji ötürülüb - Alimlərdən maraqlı araşdırma

Onlar Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək

Azərbaycanda bu şəxslərə yeni hüquqlar verilir

"Azroşen" də ölkədən pul çıxarıb

İş adamının obyektində AXTARIŞ BAŞLADI

Rusiya Zimbabvedən işçi qüvvəsi istədi

Hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda

“Azərişıq” COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - FOTO

Özəlləşdirmə çek sahibləri: “İnanırıq ki, ölkə başçısı problemin həlli ilə bağlı göstəriş verəcək” – FOTOLAR

"Ermənistan bir sıra təkliflər irəli sürüb" - Mirzoyanın müavini

Donald Trampın qırmızı qalstuku nədən xəbər verir?

"Bazar" adı üstündə olan təhsil müəssisəsi

"ABŞ Ermənistanı milli intihara sövq edir" - Rusiya kəşfiyyatı

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı

Bank kreditlərinin faizlərinin aşağı salınması təklif olunur

Sabah hava yağmursuz olacaq

Bayram günlərində banklar işləyəcək? - RƏSMİ

Rusiyanın İl-76 təyyarəsi Livana endi

"Tramp Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır" - KİV

Yer təkindən istifadə üzrə hərrac elan edildi

Ukrayna Xəzərdə hərbi gəmini vurdu – FOTO

İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT

Prezident yeni yolun və parkın açılışında iştirak etdi

Nazir Qarabağ Universitetinə prorektor təyin etdi - FOTO

Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək

"TikTok" daha bir ölkədə qadağan edildi

Bütün xəbərlər