siyaset
24.01.2019, 18:42
Eldar Əzizov şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.
DogruXeber.az report-a istinadən xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazonov isə yeni vəzifəyə təyinat almayıb.