hadise
1.02.2019, 10:34
Bakıda uşaq bağçasında YANĞIN: - 5 nəfər...
Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə Xətai rayonunda baş verib. Belə ki, uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.
Yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.