Tanımadığımız qəhrəmanlar — “Vəhşi diviziya”da çeçenləri “sındıran”, ruslar tərəfindən tikə-tikə doğranan şahzadə Qacar
Azərbaycan tarixində elə qəhrəmanlar olub ki, onlar şanlı tarix yazsalar da, müasir gəncliyin böyük əksəriyyəti onları tanımır. Bu şəxsiyyətlərdən biri də “Vəhşi diviziya”nın zabiti Feyzulla Mirzə Qovanlı-Qacardır.
Bu maraqlı tarixi şəxsiyyət haqqında müstəqil tədqiqatçı Orxan Vəliyev “Ölkə.Az”a maraqlı faktı təqdim edib.
Birinci dünya müharibəsində yaradılan "Vəhşi Diviziya"ya çeçenlər 2 polkla qatılmışdılar. Hansı yüksək çinli zabit veriblərsə çeçenlər onu “sındırmağa» başlayıblar.
Belə bir hadisə olub: Çarın qardaşı ali knyaz Mixayıl çörək yediyi yerdə çeçenin biri belinə bir şillə vurub ki, Komandir nətərsən? Amma bu knyaz yol ilə gedəndə Peterburq baş əyirdi. Nə qədər ediblər, bunlar ipə-sapa yatmayıblar. Çeçenlər də ağılları kəsəndə silah oğurlayıb satırmışlar, ağılları kəsəndə kəndə girib ev yarırmışlar. Çara xəbər çatanda məsləhət biliblər ki, onlarla bacarsa-bacarsa Şuşada anadan olan şahzadə polkovnik Feyzulla mirzə Qovanlı-Qacar bacarar. Şahzadə İran taxt-tacına yeganə namizədi idi.
Şahzadə Feyzulla Qacar o dövr üçün Azərbaycanın ən peşəkar xüsusi təyinatlı zabiti olub. Adamın həyatı bir qəhramanlıq dastanıdır. Rusiyanın uduzduğu Rus-yapon müharibəsində yaponlarla bütün döyüşlərdə qalib çıxan onun alayı olmuşdu. Birinci dünya savaşında və ya ondan əvvəlki Rus-yapon müharibəsinin ən qızğın döyüşlərində hara baxsan, orda Şəhzadə Feyzullanın adını görmək olar.
Əmrinə verilən Çeçen polkuna gələn şahzadənin qarşısına kim çıxıbsa, əzir keçir və siravi ordu yaranır.
Cümhuriyyət dövründə Azərbaycan ordusu üçün qulluq edib, formalaşmasında böyük zəhmət ortaya qoyur. 1920-ci il Gəncə üsyanda 3 general əmisi ilə ruslara əsir düşür və tikə-tikə doğranırlar. Bununla da Azərbaycandan İran taxt-tacına namizəd olan nəsli yox olur.