Yuxusuzluğun fəsadları













Yuxu pozulmalarının 90-dan çox növü var. Müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə və ani ölümə gətirib çıxara bilər. İnsan həyatının üçdə birini yuxuda keçirir. Yuxu, bədənimizə istirahət, canlanma, yenilənmə kimi təsir edir. Bəzi vacib hormonlar, xüsusilə melatonin və böyümə hormonu yuxuda ifraz edilir. Hər gün 8-8,5 saat gecə yuxusu sadəcə, beyin üçün deyil, digər orqanların da normal işləməsi üçün vacibdir.
"Kanal14.Az" e-tibb.az-a istinadən bildirir ki, yuxusuzluq tibdə insomnia adlanır və yuxu pozulmasının bir növüdür. Müalicə edilmədikdə zamanla bir sıra ciddi xəstəliklər üçün zəmin yaradır. İnsanların yarısı həyatının bir dönəmində yuxusuzluq problemi yaşayır, amma təxminən 20%-ə qədəri xroniki yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluğun bir xəstəlik kimi qəbul edilməsi üçün onun ən azı 3 ay davam etməsi lazımdır.

Yuxusuzluğu olan insanlar üzərində dünyanın bir sıra aparıcı mərkəzlərində araşdırmalar aparılıb. Məlum olub ki, gecə 6 saatdan az yatan insanların sağlamlıq problemləri yaranır. Bu sağlamlıq problemləri arasında, əsasən, yüksək qan təzyiqi, ürək xəstəlikləri, şəkər xəstəliyi, piylənmə, depressiya və ani ölumlər yer alır. Neyro-radioloji araşdırmalar göstərir ki, yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Yuxusuzluqdan əziyyət çəkən insanlarda demək olar ki, hər gün baş ağrısı, halsızlıq, yorğunluq, diqqət əksikliyi, yaddaşda azalma, problem həll etmə, iş və öyrənmə qabiliyyətinin azalması müşahidə edilir. Beləliklə, həyat keyfiyyəti aşağı düşür. Bu insanların iş və yol qəzaları törətmə halları artır.

Xroniki yuxusuzluq immun sistemini də zəiflədir və xərçəng xəstəliyinə səbəb ola bilir, hətta genimizi dəyişərək mutasiyaya gətirib çıxarır.
Hamilələr xüsusilə yuxu rejiminə diqqət etməlidir, çünki onların yuxusuzluq zamanı gördüyü zərərə döl də məruz qalır.

Digər yuxu pozulmaları arasında yuxuda gəzmə, xorultu, yuxu apnoesi, gündüz çox yatma, yuxuda sidiyə çıxma, yuxuda kabuslar və s. yer alır.

Müalicəsi olmayan yuxu pozulması yoxdur. Yuxusuzluğu olan insanlar nevroloji müayinədən, yuxu testlərindən keçməli, fərdi müalicə almalıdırlar.


Oxunub: 544

Son xəbərlər

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? - Həkimdən AÇIQLAMA

Ukrayna ordusu hücumdan müdafiəyə keçdi

İlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində

Xaricdə ali təhsil alanlar üçün peşə tanınması imtahanı keçiriləcək

AZAL Bakıdan Praqaya olan uçuşlara ENDİRİM ETDİ

Bütün xəbərlər