Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək












Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

Hər iki qarşılaşma paytaxtdan kənarda olacaq.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Əyalət təmsilçisi 25 xalla 4-cü, paytaxt klubu isə 31 xalla 3-cü pillədə qərarlaşıb. “Səbail” son iki oyunda rəqibinə qol vura bilmir. “Qəbələ” isə evdəki qarşılaşmalarda paytaxt klubuna uduzmayıb və hamısında qol vurmağı bacarıb. Meydan sahiblərinin kapitanı Cavid Hüseynov sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə iştirak etməyəcək. Premyer Liqanın birinci dövrəsindəki matçda “Qəbələ” böyük hesablı qələbə qazanıb – 3:0. İkinci dövrədəki oyunda isə qapılara qol vurulmayıb.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Kapital Bank Arena”da çempionluğa iddialı “Neftçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Son üç görüşdə rəqibinə uduzmayan flaqman “Qarabağ”ın xal itirməsindən yararlanaraq vahid lider olmağa çalışacaq. “Gənclik şəhəri” təmsilçisi isə son pillədən qurtulmaq niyyətindədir. “Neftçi” 41 xalla ikinci, “Sumqayıt” 16 xalla sonuncu-səkkizincidir. “Neftçi”nin iki futbolçusu bu görüşü buraxacaq. Yarımmüdafiəçi Soni Mustivar sarı vərəqə limitini doldurubsa, Məhəmməd Mirzəbəyov ötən tur “Sabah”la görüşdə qırmızı vərəqə aldığı üçün Sumqayıt səfərində meydana çıxmayacaq. İlk dövrədə flaqman səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib. İkinci dövrədəki görüş qolsuz yekunlaşıb.

Turun digər oyunlarında “Keşlə” “Sabah”ı 3:0 hesabı ilə üstələyib, “Qarabağ” – “Zirə” matçı isə qolsuz bərabərliklə başa çatıb.

Azərbaycan Premyer Liqası, XX tur

10 mart (bazar)

14:00. “Qəbələ” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0

16:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

“Kapital Bank Arena”, 16:30

İlk 2 dövrədəki oyunlar: 0:2, 0:0

(Report)


Oxunub: 867

Son xəbərlər

Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar

Bu şəxslər hərbi xidmətdən azad edilir

Daxil Kərimov yeni himayədar axtarışında?

Daha bir icra başçısı müəlliməni müavin təyin etdi

“Putyovka”ları altdan-altdan SATIRLAR!” – VİDEO

İrəvan “soyqırım”la bağlı layihəni rədd etdi

Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...

Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

“Hesab etdim ki, məhz bu gün burada olmalıyam”

Bu idarələrdə işləyənlərə ŞAD XƏBƏR

ABŞ-də Ziya Məmmədovun adının keçdiyi milyonluq cinayət işi bağlandı

Beş BÜRC üçün inanılmaz dəyişikliklər vədi: Sevgi, səyahət və…

Kreditiniz varsa, bunu edin ki, əməkhaqqı kartınızdan pul tutulmasın

Konstitusiya Məhkəməsindən əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Möminə xatun türbəsi bərpa olunacaq

2 milyonluq yeyinti - Direktor həbs edildi

Bu obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşdi

Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları silindi

Aksizli malların aksiz dərəcələrində dəyişiklik edildi

Sahil Babayev bəzi şöbələri ləğv etdi

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır

Sürücülərin avtomobili məhv edən vərdişləri

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Afaq Əliyeva barəsində araşdırma başladı

Marsdakı sirli qara cizgilər: Düşündüyümüz kimi deyilmiş

Boks millimiz "Heydər Əliyev Kuboku-2025" beynəlxalq turnirinin qalibi OLDU

Ağdaş təhsil sektoruna müdir təyin edildi

Yerə asteroid yaxınlaşır

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Bütün xəbərlər