“Bakıda 330 yaşayış binasında yoxlamalar aparılacaq” – PA rəsmisi


















Xəbər verdiyimiz kimi, 2019-cu ilin fevral ayının 19-da Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Artıq Fərmanda nəzərdə tutulan məsələlərlə bağlı ilk işlərə start verilib. Fərmandan irəli gələrək, artıq bu gün Bakı şəhərində rəsmi olaraq 6 yaşayış binası istismara verilib. Bunlardan ikisi Yasamal rayonu Alatava ərazisində, 1-i Zərdabi prospektində, 1-i Səməd Vurğun küçəsində və digər ərazilərdə ümumilikdə 6 yaşayış binaları rəsmi olaraq istismara qəbul olunub. Bu binaların sakinləri daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar ofislərinə təqdim edib.

Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev Fərmandan irəli gələn məsələlərlə bağlı jurnalistlərə məlumat verib.

O deyib: “Cənab prezident İlham Əliyev vətəndaşları narahat edən məsələləri aradan qaldırılması üçün mütəmadi olaraq addımlar atır. Bu müxtəlif fərman və sərəcamlarla da öz təsdiqini tapır. Cənab prezidentin nümunəvi addımlarından biri də fevral ayının 19-da imzaladığı Fərmandır. Hansı ki, uzun müddətdir çoxmənzilli binalarda insanların istismarına veriməsinə baxmayaraq, bu binalar rəsmi olaraq istismara qəbul olunmamışdır.



Bu gün Bakıda 6 yaşayış binası istismara verilib. Mən düşünürəm ki, bu ölkə başçısı tərəfindən vətəndaşlara bir hədiyədir.

Fərmanın əsas məğzi odur ki, uzun müddətdir vətəndaşlar tərəfindən istismar olunan binalarda sənədləşmə prossesi tamamlansın və bu binalar rəsmi olaraq dövlət tərəfindən tanınsın.
Əks halda, insanların mükiyyətində olan mənzillərin sahibi sayılmırlar. Həmin hümanist fərmanla cənab prezident vətəndaşlara çox böyük hədiyyə etdi. Fərmanın icrası ilə bağlı rəsmi olaraq istismara verilən binaların sakinləri daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar ofislərinə təqdim etdi”.



PA rəsmisi Fərmanda nəzərdə tutulan məsələlərdən də söz açıb: “İki ay ərzində Fövqəladə Hallar Nazirliyi və kommunal müəssisələr -“Azərsu”, “Azərişıq”, “Azəriqaz” tərəfindən binalarda yoxlamalar aparlacaq.

FHN binaların möhkəmliyini, Lift təsərrüfatlarının olub-olmamasını və yanğından mühafizə məsələlərini yoxlayır və bunların haqqında bir rəy tərtib edir. Həmin bu rəyin nəticələrini iki gün ərzində Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına göndərilir. Bundan sonra binalara “çıxarışların” verilməsinə başlanılır”.

Feyruz Mustafayev Bakıda 330, Gəncədə 13, Sumqayıtda 13, Abşeronda 36 binada yoxlamalar aparılacağını deyib: “Ümumilikdə 68 min mənzilin 70 faizində məskiunlaşma olmasına baxmayaraq istismara qəbul edilməyib. Bu yaşayış binaların yoxlamalar aparıldıqdan sonra sənədləşmə prosseslərinə başlanılacaq”.

“Bakıda 330 yaşayış binasında yoxlamalar aparılacaq” – PA rəsmisi

“Bakıda 330 yaşayış binasında yoxlamalar aparılacaq” – PA rəsmisi

“Bakıda 330 yaşayış binasında yoxlamalar aparılacaq” – PA rəsmisi

“Bakıda 330 yaşayış binasında yoxlamalar aparılacaq” – PA rəsmisi


Oxunub: 924

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər