gundem
21.03.2019, 09:40
Azərbaycanda nə qədər xəstə pulsuz dərmandan istifadə edir?
Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özününəzarət vasitəsilə təmin edilir.
“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində 1100-dən çox xəstənin dövlət hesabına preparatlarla təminatı həyata keçirilir.
Bununla yanaşı, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin edilir. Bu mərkəzlərdən 34-ü bölgələrdə yerləşir.