Azərbaycanda balıq ovunun kvotası niyə azaldıldı? - Nazirlik rəsmisi AÇIQLADI













Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycanda çaylarda, göllərdə balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota kəskin azaldılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə çaylarda və göllərdə balıq ovu kvotasının kəskin azaldılmasının səbəblərini açıqlayıb: Hikmət Əlizadə öncə qeyd edib ki, 29 dekabr 2017-ci ildən balıq ehtiyatlarının kvotası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir:

“Əvvəlki illərdə belə bir prosedur yox idi. Artıq sözügedən ildən aidiyyatı qurumların rəyi əsasında balıq ehtiyatlarının kvotası müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Hər il kvota təsdiqlənəndə son 3 il ərzində balıq ehtiyatlarının mənimsənilməsi nəzərdə tutulur. Tutaq ki, hansısa fiziki şəxs 1 ton balıq tutmaq üçün icazə alır. Amma gedib 500 kiloqram tutub. Təbii ki, sözügedən şəxs 1 tondan az istifadə edib. Bu hesabla ümumi 3 illik balıq ehtiyatlarının mənimsənilməsi əsas götürülür, orta bir rəqəm çıxarılır və ona uyğun kvota müəyyənləşir. Son illərdə götürülən kvota tam mənimsənilmədiyi üçün bu qərar verilib”. Nazirlik rəsmisi bildirib ki, son illərdə Xəzər Dənizində balıq ehtiyatları xeyli azalıb: “Buna görə də, kvotanın miqdarı mənimsəmə səviyəsində müəyyən edilibdir. Söhbət sənaye balıq ovundan gedir. Həvəskar balıq ovundan yox”.

Hikmət Əlizadə deyib ki, qanunvericilikdə göstərilib ki, hər bir şəxs həvəskar balıq ovu ilə məşğul ola bilər: “Yəni, hər bir vətəndaş 5 kiloqrama qədər icazə verilən tilovlardan istifadə etməklə balıq tuta bilər. Sənaye balıq ovunda isə konkret bir rəqəm yoxdur. Son illərin statistikası göstərir ki, bu hüquqdan 90-95 faiz hüquqi şəxslər (şirkətlər) yararlanır. Fiziki şəxs kimi, çox az sayda sənayə balıq ovu ilə məşğul olmaq üçün müraciət edir”.


Oxunub: 582

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər