“Vasmoy bazarı” yanır - "Diqlas", “Lotos” ticarət mərkəzləri... (FOTO-VİDEO) (YENİ-2)
Bu gün səhər “8-ci km” adlanan bazarda (“Vasmoy bazarı”) yanğın başlayıb.
Bu barədə "Marja"ya hadisənin şahidləri veriblər.
Yanğın bazarın "Diqlas" ticarət mərkəzinin qarşısında olan hissəsində baş verib. Yanğnsöndürənlər yanğını söndürməyə çalışırlar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) ona-ya verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci mikrorayon bazarının yaxınlığında qeydə alınıb.
Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən dönərxana köşkündə hazırda yanğın davam edir. Dönərxananın yerləşdiyi ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.
Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır.
Əvvəl (08:53)
***
9:09
Nizami rayonunda yerləşəm “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib.
Musavat.com-un məlumatına görə, ətrafı qatı tüstü bürüyüb. Yolda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının “Lotos” ticarət mərkəzinə keçməsi təhlükəsi var.
VİDEO- Report